Argentinada pensiyaçıların iştirak etdiyi etiraz aksiyası zamanı polislə toqquşma baş verib.
KONKRET.az xəbər verir ki, təqaüdçülər bu gün Buenos-Ayresdəki Konqresin binası qarşısında pensiyaların artırılması tələbi ilə etiraz aksiyası keçiriblər.
Onlar Argentina prezidenti Xavyer Maylinin hökumət tədbirlərinə, o cümlədən pensiya islahatlarına vetosuna və dərmanlara xərclərin azaldılması qərarına etiraz edirlər.
Polis aerozollardan istifadə edərək etirazçıları ərazidən uzaqlaşdırıb.
Vəli Həsənoğlu,
KONKRET.az