RU

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olub

Bakı. Trend:

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistansilahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumlarınəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirməküçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanışolublar.

Qeyd edək ki, kompleksin təməli 2022-ci il yanvarın 30-daAzərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək. Kompleksintərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədəəsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinəçıxış olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərəkraketin yerdə olan izini simvolizə edəcək.

Üst mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi məqsədiləçoxfunksiyalı otaq yerləşəcək. Kompleksin ərazisində raketzərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları dayer alacaq.

Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin sonunaqədər başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələritərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digərraket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 26mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb.

Избранный
26
45
az.trend.az

10Источники