RU

Lənkəranda ev yanıb, ata və oğlu xəsarət alıb VİDEO

Lənkəranda fərdi yaşayış evində baş verən yanğın nəticəsində ata və oğlu xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Lənkəranın Girdəni kəndində, 64 yaşlı Zakir Əliyevə məxsus evin zirzəmisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər alovun evə keçməsinin qarşısını alıblar. 

Hadisə zamanı ev sahibi Zakir Əliyev və oğlu, 29 yaşlı Murad Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaxınları dərhal xəsarət alanları Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Zakir Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Digər şəxs isə vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
33
xezerxeber.az

1Источники