RU

Ramanada su kanalı zibillə dolub VİDEO

Bakının Suraxanı rayonu, Ramana qəsəbəsindəki iki kanaldan biri zibillə dolub.

Xezerxeber.az-ın məlumatına görə,

zibili kanala atan da, bu məsələdən şikayətçi olan da elə Ramana qəsəbəsinin sakinləridir.

Burada hər cür tullantını görmək mümkündür.

Sakinlər deyir ki, kanalın bu vəziyyətdə olmasının başlıca səbəbi ətrafda zibil qutularının az olması, bir digər səbəb də sakinlərin təmbəlliyidir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatları Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd edilən kanala əsasən yay aylarında su buraxılır. Regional Su Meliorasiya Xidmətinin əməkdaşları kanalı dəfələrlə təmizləsələr də, sakinlər oranı məişət tullantıları ilə çirkləndirirlər.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, ərazidə zibil qutularının sayı kifayət qədərdir. Qutular 50 metrdən bir qoyulub. Sadəcə sakinlər bu məsələdə  tənbəllik edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
12
xezerxeber.az

1Источники