RU

Özbək futbolçu “Mançester Siti”nin ən yaxşısı oldu

“Mançester Siti”nin özbəkistanlı müdafiəçisi Abdukodir Xusanov klubun fevral ayında ən yaxşı futbolçusu seçilib. Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Azarkeşlərin səsverməsi zamanı 21 yaşlı oyunçu Erlinq Holand və Yoşka Qvardiolu qabaqlayıb.

Xusanov fevralda “şəhərlilər”in heyətində 5 oyunun hamısında iştirak edib və bir qol vurub.

Qeyd edək ki, Özbəkistan millisinin üzvü “Mançester Siti”yə yanvarda “Lans”dan keçib.

Избранный
95
2
msport.az

6Источники