Xəbər verdiyimiz kimi bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları cinayəti işləri üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, məhkəmə prosesi zamanı 1980-cı ildən Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliklərin adları açıqlanıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev Ermənsitan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-cı illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”, “David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri təqdim ediblər.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта