Sabah Bakıda MMA üzrə yarış start götürəcək.
Offsideplus.az xəbər verir ki, Zeyd Fight Center-in təşkil etdiyi 1-ci açıq Azərbaycan çempionatının bütün döyüşləri Bakı İdman Sarayında baş tutacaq.
Martın 7-8-də döyüşlər həvəskar səviyyədə keçiriləcək. Bu mərhələnin qalibləri martın 9-da peşəkar qaydalara uyğun həlledici görüşlərdə üz-üzə gələcəklər.
Çempionatın mükafat fondu 10 min manatdır.