RU

“Tramp kifayət qədər pul xərcləməyən NATO müttəfiqlərini qorumayacaq” – “NBC News”


“ABŞ Prezidenti Donald Tramp ABŞ-nin NATO müttəfiqləri qarşısında öhdəliklərini azaltmağı düşünür”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, sözügedən siyasət dəyişikliyinə NATO nizamnaməsinin NATO-nu hücuma məruz qalan müttəfiqlərə hərbi yardım göstərməyə məcbur edən 5-ci maddəsinin qismən imtinası daxildir. ABŞ, Trampın ideyasına görə, müdafiəyə kifayət qədər pul xərcləməyən alyans üzvlərini müdafiə etməli olmayacaq.
Yeni siyasət həmçinin müdafiə xərcləri az olan ölkələrlə təlimlər keçirməkdən imtina etməyi də ehtiva edir.
Öılkənin Milli Təhlükəsizlik Şurası rəsmi şərh sorğusuna cavab olaraq bildirib ki, Prezident Tramp NATO və 5-ci maddəyə sadiqdir.
Qeyd edək ki, Tramp dəfələrlə Avropa NATO müttəfiqlərini müdafiə xərclərinin yetərli olmadığına görə tənqid edib və onları, o cümlədən xərclər artırılmasa, ABŞ-nin ittifaqdan çıxacağı ilə hədələyib.
Избранный
29
1
yeniavaz.com

2Источники