RU

“Ukrayna və Amerika nümayəndə heyətləri görüşəcək” – Zelenski


“Gələn həftə Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş baş tutacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.
“Ukraynalı və Amerikalı komandalar işi bərpa ediblər və biz gələn həftə mənalı görüş keçirəcəyimizə ümid edirik”, - Zelenski bildirib.
“Fox News”un jurnalisti danışıqların martın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlayacağını iddia edir.
Onun sözlərinə görə, ABŞ-ni danışıqlarda dövlət katibi Marko Rubio, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols və Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edəcək. Ukraynadan prezident aparatının rəhbəri Andrey Yermak danışıqlarda iştirak edəcək.
Qeyd edək ki, bir gün əvvəl Mayk Uols bildirib ki, Vaşinqton və Kiyevdən olan nümayəndələr müharibənin başa çatması üçün danışıqların tarixini, yerini və iştirakçılarını müzakirə edirlər.
Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak bildirib ki, Uolzla telefon danışığı olub.
Избранный
26
yeniavaz.com

1Источники