"Pişik" Günel (Günel Ələkbərova) xoşbəxt olmadığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə "Kanal S"ə açıqlamasında bildirib.
Sənətçi qeyd edib heç vaxt xoşbəxtliyi uzun müddət çəkməyib:
"İçi özümü yandırır, çölüm özgəni... Heç vaxt həyatımda xoşbəxtlik uzun müddət davam etməyib. Bir ay xoşbəxt olmuşamsa, iki-üç ay əksi olub. Artıq buna öyrəşmişəm".
Xatırladaq ki, ifaçı 2022-ci ildə həyat yoldaşından ayrıldığını bildirib. "Rəsmi nikahımız olmayıb, kəbin olub. Qızımızın yanında olduğu ərəfədə başımın tacıdır. 12 ilə yaxındır ki, ona qarşı bir yanlışım olmayıb" - deyə ifaçı vurğulayıb.
Ətraflı videoda: