RU

Bu dəfə nümayəndələri görüşəcək

“Ukrayna və ABŞ nümayəndə heyətləri işlərini bərpa edib və gələn həftə görüşəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski martın 6-da Xüsusi Avropa Şurasında danışıb.

“Ukrayna təkcə sülh üçün lazımi addımları atmağa hazır deyil, həm də bu addımların nədən ibarət olduğunu təklif edirik”, - Zelenski qeyd edib.

O bildirib ki, ABŞ rəsmiləri ilə mənalı dialoqa ümid edir.

Ağ Evin baş müxbiri Yaqkuyi Henrix isə “X”də danışıqların martın 11-nə təyin edildiyini və müzakirələrdə Zelenskinin aparat rəhbəri Andrey Yermakın iştirak edəcəyini qeyd edib.

Məlumata görə, ABŞ nümayəndə heyətinə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkof, dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals daxil olacaq.

Xatırladaq ki, tərəflərin sonuncu görüşündə Zelenski, Tramp və ABŞ-ın vitse-prezidenti JD Vens arasında Oval kabinetdə gərgin anlar yaşanıb.

Mübahisə Ukraynanın təbii sərvətləri ilə bağlı planlaşdırılan ikitərəfli razılaşmanı pozdu və Trampın Ukrayna ilə bütün hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dondurmasına səbəb oldu.

Ağ Ev rəsmiləri açıq şəkildə bildirmişdilər ki, Zelenski müzakirələrin davam etməsi üçün üzr istəməli və sülh danışıqlarına sadiqliyini nümayiş etdirməlidir.

Martın 4-də isə Zelenski Ağ Evdəki toqquşmanı “təəssüf doğuran hadisə” adlandırıb və Trampın güclü rəhbərliyi altında sülhə doğru işləməyə hazır olduğunu bir daha təsdiqləyib.

Избранный
57
5
qafqazinfo.az

6Источники