RU

Edersonu 3 Avropa nəhəngi istəyir - ADLAR

"Atalanta"nın dayaq yarımmüdafiəçisi Ederson 3 Avropa nəhənginin diqqət mərkəzindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Xəbərə görə, 25 yaşlı braziliyalının xidmətində "Yuventus", "Mançester Siti" və "Mançester Yunayted" maraqlıdır. Mənbə Berqamo təmsilçisinin cənubi amerikalı oyunçusunu bu yay sərfəli qiymətə satmaq variantına isti yanaşdığını vurğulayıb.

Ederson cari mövsüm bütün turnirlərdə 39 matça çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Избранный
22
fanat.az

1Источники