Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilən sammit zamanı Avropa Komissiyasının (AK) təklif etdiyi 800 milyard avro dəyərində Avropanın hərbiləşdirilməsi planı ilə bağlı razılığa gəliblər. Bu barədə TASS "Frans Press" agentliyinə (AFP) istinadən yazır.
Daha əvvəl AK rəhbəri Ursula fon der Leyen bəyan etmişdi ki, Avropa təhlükədədir, ona görə də Aİ-nin yenidən silahlanma planı Ukraynanın müdafiə sektoruna investisiyaları nəzərdə tutur.