RU

ABŞ Meksikaya bir ay vaxt verdi

Meksika bir ay müddətinə Donald Trampın tətbiq etdiyi 25 faizlik rüsumlardan azad edilir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında məlumat yayıb.

“Meksika Prezidenti Klaudiya Şeynbaumla danışdıqdan sonra razılığa gəldik ki, Meksikadan USMCA Sazişinə uyğun gələn hər hansı bir tarifə görə rüsum tələb olunmayacaq. Bu razılaşma aprelin 2-nə qədər qüvvədədir”, – Tramp deyib.

Kanada üçün hər hansı bir möhlət barədə məlumat verilməyib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz rüsum tətbiq etdiyini açıqlayıb.//Globalinfo.az

Избранный
29
konkret.az

1Источники