RU

Braziliyalı futbolçu “Atalanta”dan ayrıla bilər

"Atalanta"nın yarımmüdafiəçisi Ederson Laurenso mövsümün sonunda komandadan ayrıla bilər.

Apasport.az xəbər verir ki, ötən yay Berqamo klubu 25 yaşlı futbolçunu 40 milyon avroya Premyer Liqaya satmaqdan imtina edib. Lakin bu ilin ortalarında futbolçunu daha böyük məbləğə buraxmağa hazırdır.

Braziliyalı oyunçunu komandasında ən çox görmək istəyənlər arasında "Yuventus" ilk sıradadır. Bundan əlavə, 25 yaşlı futbolçunu "Mançester Siti" və "Mançester Yunayted" də transfer etmək istəyir.

Qeyd edək ki, bu mövsüm Ederson A Seriyasında 27 oyun keçirib və 3 qol vurub.

Neqredo butslarını mismardan asdı

"Barselona" de Yonqa yeni müqavilə təklif edib

Kimmix karyerasını Fransada davam etdirə bilər

“Fənərbaxça”lılara şad xəbər: Zədəsini sağaltdı

Çempionlar Liqası: Noyer qol sevinci zamanı zədələndi

Избранный
35
apasport.az

1Источники