RU

"Bavariya" üçün ciddi İTKİ

"Bavariya"nın futbolçusu Manuel Noyer sıradan çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

38 yaşlı qapıçı sağ baldır əzələsindəki əzələ lifinin yırtılmasından əziyyət çəkir. O, bu səbəbdən növbəti 3-4 matç ərzində yaşıl meydanlardan uzaq qalacaq. Bu dövrdə onu Münhen klubunun 21 yaşlı qapıçısı Yonas Urbiq əvəzləyəcək.

Qeyd edək ki, Manuel Noyer Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarında keçirilən "Bavariya" - "Bayer" matçında (3:0) zədələnib. O, komandasının rəqibə vurduğu qola sevinərkən sıradan çıxıb.

Bizim.Media

Избранный
21
1
bizim.media

2Источники