RU

Ruben Amorim: “Məqsədimiz Avroliqada qalibiyyət deyil”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim mövsümün qalan hissəsi üçün “qırmızı şeytanlar”ın məqsədini açıqlayıb.

Arena.az “The Independent” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Ötən həftə biz İngiltərə Kubokunda məğlub olduq, ona görə də adamalar Avropa Liqasını bizim qalib ola biləcəyimiz yeganə yarış hesab edirlər. Həmçinin Avropa Liqasında qalibiyyətlə Çempionlar Liqasına vəsiqə arasında bağlılıq mövcuddur. Amma düzünü desəm, mən, bizim daha vacib xüsuslar haqda düşünməli olduğumuz qənaətindədyəm. Bilirəm ki, bu qəribə səslənir, amma bizim qurub-yaratmağa çalışdığımız, məhz indi qənimət qazanmaqdan daha da vacibdir”, deyə Ruben Amorim vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayed” tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 27 oyununda 33 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, “Mançester Yunayted”in ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə əsas namizədlərdən biri olaraq qəbul edilirlər.

İngiltərə nəhəngi Avropa Liqasının 1/8 final mərhələsində İspaniyanın “Real Sosyedad” komandası ilə mübarizə aparır. Bu komandalar arasında bu gün İspaniyada keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib. “Qırmızı şeytanlar” hesabı açdıqları oyunda qələbəni penaltidən buraxılmış qolla əldən veriblər. İspaniya və İngiltərə klublarının cavab qarşılaşması gələn həftə Mançesterdə təşkil olunacaq. Martın 13-dən 14-nə keçən gecə baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Избранный
47
arena.az

1Источники