RU

Nüşabə Zaurun verilişində bağışladığı torpağı geri alıb?

Müğənni Nüşabə Musayavenın bir müddət öncə Zaur Baxşəliyevin verilişində hədiyyə etdiyi torpaq sahəsinin aqibəti bəlli olub.

Bizim.Media xəbər verir ki, “Bizimləsən”də onun torpaq bağışladığı Ceyran adlı qadın “Bir günə verildi, burada tufan qopdu, geri götürüldü. Yenə də Nüşabə xanıma təşəkkür edirəm”, - deyib.

Zaur isə “Onun adını hallandırmayın. O, torpağı verdi. Mən dedim ki, bu ailə problemlərini həll etməsə, verilməsin. Geri götürməyib, gözləyir”, - deyə, cavab verib.

Qeyd edək ki, Nüşabə efirdə həmin xanıma torpaq bağışaldığını və torpaq sahəsində evi inşa edilənə qədər kirayə haqqını da özünün ödəyəcəyini demişdi.

Sara, Bizim.Media

Избранный
83
3
bizim.media

10Источники