RU

KİV: "ABŞ Ukraynadan Rusiya ilə tezliklə atəşkəslə razılaşmağı tələb edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın administrasiyası mineral ehtiyatlara dair sazişin imzalanmasının şərti kimi Ukraynadan Rusiya ilə tezliklə atəşkəsə razılaşmağı tələb edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, keçən həftə Ağ Evdə Tramp və Volodimir Zelenski arasında baş verən mübahisədən sonra Vaşinqton dondurulmuş sazişi yalnız Kiyev atəşkəsə və Moskva ilə danışıqlara aparan konkret yolu göstərdiyi halda bağlamağa hazırdır. Qeyd olunur ki, imzalanmanın gecikdirilməsinin əsas səbəbi əlavə şərtlərdir.
Xatırladaq ki, fevralın 28-də Zelenski sazişi imzalamaq üçün Vaşinqtona gedib, lakin Ağ Evdəki tədbirdə Tramp və vitse-prezident Ceyms Devid Venslə aralarında baş verən mübahisədən sonra imzalanma ləğv edilib.
Избранный
37
oxu.az

1Источники