Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.
İtaliya təmsilçisi “Fiorentina” Yunanıstanda “Panatinaikos”la, İngiltərə nəhəngi “Çelsi” isə Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib. “Zadəganlar”ın qalib gəldiyi gündə Florensiya klubu məğlubiyyətlə üzləşib. “Betis” İspaniyada Portuqaliyanın “Vitoriya” komandasını qəbul edib. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.
Konfrans Liqası
1/8 finalın ilk oyunları
6 mart
“Betis” (İspaniya) – “Vitoriya” (Portuqaliya) 2:2
Qollar: Bakambu, 48. İsko, 75 – X.Mendes, 51. N.Oliveyra, 81.
“Panatinaikos” (Yunanıstan) – “Fiorentina” (İtaliya) 3:2
Qollar: Sviderski, 5. Maksimoviç, 19. Tete, 55 – Beltran, 20. Facoli, 23.
“Molde” (Norveç) – “Legiya” (Polşa) 3:2
Qollar: Hestad, 11. Eriksen, 17. Qulbrandsen, 43 – Çodina, 64. Lukinyas, 67.
“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə) 1:2
Qollar: Qabriel Pereyra, 79 – R.Ceyms, 46. E.Fernandes, 65.
“Yagelloniya” (Polşa) – “Serkl Brügge” (Belçika) 3:0
Qollar: A.Pululu, 69; 78. Romançuk, 75.
“Çelye” (Sloveniya) – “Luqano” (İsveçrə) 1:0
Qol: Svetlin, 23.
“Borats” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya) 1:1
Qollar: Vukoviç, 90+2-pen – Delyo, 34.
“Pafos” (Yunanıstan) – “Yurqorden” (İsveç) 1:0
Qol: Tankoviç, 65.