"Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan xorvatiyalı həmkarı Qordan Qlik Radman ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Avropanın təhlükəsizliyi təkcə Ukrayna ilə bağlı məsələ deyil.
Nazir, həmçinin qeyd edib ki, ölkəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır.
"Biz həmişə bildirmişik ki, dialoqa və demokratiyaya əsaslanan təşəbbüslərə açığıq", - Türkiyə XİN vurğulayıb.
Fidan, eyni zamanda Türkiyənin bundan sonra da Suriyanı dəstəkləyəcəyini diqqətə çatdırıb.
Milli.Az