RU

Azərbaycanda bu yanacaq UCUZLAŞACAQ - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq gömrük rüsumundan azad edilir.

Belə ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bəs, bu qərar qiymətlərə təsir edəcəkmi?

Məsələ ilə bağlı news24.az-ın sualını cavablayan iqtisadçı Xalid Kərimli deyib ki, TC-1 markalı yanacağın gömrük rüsumundan azad edilməsi həmin yanacağın alış qiymətini azaldacaq.

X.Kərimli qeyd edib ki, amma bu reaktiv yanacağın istifadəsi spesifikdir.

"Yəni, bunun istehlakçı olan vətəndaşa heç bir təsiri olmayacaq. Reaktiv yanacağı bazarlarda, yanacaqdoldurma məntəqələrində satmırlar ki, həmin qiymətə təsir etsin.

Bu, bizim bildiyimiz yanacaq növü deyil, xüsusi, sənayedə istifadə olunan və alıcıları da şirkətlər olan bir növdür. Bu, həmin şirkətlərin xərclərinə təsir edə bilər.

Sadəcə olaraq, həmin yanacağı idxal edənlər rüsum ödəməyəcəklər", - deyə iqtisadçı bildirib.

Избранный
30
sportinfo.az

1Источники