RU

Ürəyinizi gizlicə məhv edən 10 qida: İnfarkta meyllidir

Ürəyinizi gizlicə məhv edən 10 qida:

Ürək sağlamlığını qorumaq üçün düzgün qidalanma vacibdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, lakin gündəlik istehlak etdiyiniz bəzi qidalar, hətta sağlam hesab etdikləriniz belə, ürək-damar sisteminiz üçün təhlükə yarada bilər.

Rafinə şəkər – Qablaşdırılmış qidalarda və şirniyyatlarda gizlənən şəkər insulin müqavimətini artırır, iltihab yaradır və ürək xəstəliyi riskini yüksəldir.

Duz – Çoxlu duz qəbul etmək qan təzyiqini artırır və ürək-damar xəstəliklərinə səbəb olur. İşlənmiş və konservləşdirilmiş qidalardan uzaq durmaq faydalıdır.

Ağ un – Rafinə edilmiş un qan şəkərini sürətlə yüksəldir, piylənməyə səbəb olur və ürək sağlamlığını təhdid edir. Tam taxıllı alternativlər daha yaxşı seçimdir.

Zərərli yağlar – Marqarin, trans yağlar və bəzi bitki yağları (soya, qarğıdalı) ürək xəstəliklərinə yol açır. Bunun əvəzinə zeytun və avokado yağı seçilməlidir.

Emal olunmuş ət – Kolbasa, sosiska və digər işlənmiş ət məhsulları natrium və doymuş yağlarla zəngindir, bu da ürək-damar sisteminə zərər verir.

Tam yağlı süd məhsulları – Kərə yağı, pendir və qaymaq pis xolesterolu yüksəldə bilər. Bitki mənşəli alternativlər ürək üçün daha faydalıdır.

Şəkərli içkilər – Soda və enerji içkiləri yüksək fruktoza, süni dadlandırıcılar və kofeinlə doludur, bu da hipertoniya və piylənməyə gətirib çıxarır.

Sağlam bir ürək üçün işlənmiş və rafinə olunmuş qidalardan mümkün qədər uzaq durmaq, təbii və balanslı qidalanmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
11
e-saglam.az

1Источники