RU

Çin Ukraynada sülh danışıqlarını dəstəkləyir

Beynəlxalq mənzərə necə inkişaf etməsindən asılı olmayaraq Çin-Rusiya dostluğunun tarixi məntiqi dəyişməyəcək.

APA xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ölkənin illik parlament iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Çin və Rusiya arasında münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib:

“Çin və Rusiya münasibətlərini inkişaf etdirməkdə müttəfiq olmamaq, qarşıdurmaya girməmək və heç bir üçüncü tərəfi hədəf almamaq yolunu tapıb”.

Çin XİN başçısı vurğulayıb ki, bir ölkənin təhlükəsizliyi digər ölkənin etibarsızlığına əsaslana bilməz və Ukrayna böhranı həll edilə bilər.

Van İ Çinin Ukrayna böhranının ilk günündən bəri dialoq və danışıqlar yolu ilə siyasi nizamlanmaya çağırdığını, sülh üçün fəal şəkildə çalışdığını və danışıqlara təkan verdiyini deyib.

“Çinin mövqeyi həmişə obyektiv və qərəzsiz olub. Çin sülh üçün bütün səyləri alqışlayır və dəstəkləyir. Münaqişədə heç kim qalib gəlmir, amma sülhdə hamı qazanır. Danışıqlar masası münaqişənin bitdiyi və sülhün başladığı yerdir”, - nazir qeyd edib.

Избранный
23
6
apa.az

7Источники