RU

Bu baş versə, dollar UCUZLAŞACAQ

Əgər Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş olarsa, rubl daha da möhkəmlənə bilər - dollar 80-85 rubla satılacaq.

Publika.az xəbər verir ki, bunu "Sovcombank"ın baş analitiki Mixail Vasilyev Gazeta.ru-ya bildirib.

“Yaxın aylarda sanksiyaların yumşaldılması məhdudiyyətlərin sərtləşdirilməsindən daha çox ehtimal olunan ssenari kimi görünür. Rusiya və ABŞ arasında danışıqlarda aktiv irəliləyiş və prezidentlərin şəxsi görüşünə yaxınlaşma halında rubl və Rusiya aktivləri artıma yeni təkan verəcək. Həmişə olduğu kimi, geosiyasi vəziyyətin hər hansı yaxşılaşması rublun möhkəmlənməsinə və Rusiya səhm və istiqrazlarının artmasına gətirib çıxarır”, - Vasilyev qeyd edib.

O izah edib ki, sanksiyaların yumşaldılmasını ərəfəsində Rusiya bazarının iştirakçıları valyutada uzun mövqeləri bağlaya və rublda uzun mövqelər aça, Rusiya ixracatçıları isə ucuzlaşacağı qorxusu ilə valyutanı sata bilərlər.

Vasilyev xatırladıb ki, 2022-ci ildə dollar kifayət qədər uzun müddət 50-60 rubl səviyyəsində olub. Analitik belə qənaətə gəlib ki, Rusiya ilə ABŞ arasında danışıqlarda irəliləyiş və ya əks eskalasiya olmadıqda, dollar 90-100 rubla, avro 94-104 rubla, yuan 12,3-13,7 rubla başa gələcək.

Martın 6-da dollar 89 rubldan baha (ilin əvvəlindən 11,8 rubl azalıb), avro 97 rubl (10 rubldan çox ucuzlaşıb), yuan isə 12,3 rubl (1 rubl ucuzlaşıb).

Избранный
84
4
publika.az

10Источники