RU

Ağ Evdən TƏKZİB: “Ukraynalıların qaçqın statusu ləğv edilməyəcək” – FOTO

Ağ Ev ABŞ-dakı 240 min ukraynalının müvəqqəti qaçqın statusundan məhrum edilə biləcəyi ilə bağlı xəbərləri təkzib edib.

Bizim.Media xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında məlumat verib.

“Bu, nə danışdıqlarını bilməyən anonim mənbələrə əsaslanan “Reuters”in növbəti saxta xəbəridir. Həqiqət budur: hazırda heç bir qərar verilməyib”, - deyə Livitt qeyd edib.

Xatırladaq ki, “Reuters” xəbər agentliyi martın 6-da ABŞ Prezidenti Donald Trampın administrasiyasının Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra Birləşmiş Ştatlara gedən 240 minə yaxın ukraynalının müvəqqəti qaçqın statusundan məhrum edə biləcəyi ilə bağlı xəbər yayıb.


Bizim.Media

Избранный
18
2
bizim.media

3Источники