RU

Danimarka Rusiya komandaları ilə futbol oynamaqdan prinsipial olaraq imtina edib » AzadMedia.az



Danimarka Futbol Assosiasiyasının (DBU) kommunikasiyalar üzrə meneceri Frederik Palle Pedersen Sport24-ə müsahibəsində Rusiya klublarının və millinin beynəlxalq səviyyəyə qayıtmasının əleyhinə olduğunu bildirib.

Onun sözlərinə görə, seçmə turnirlərdə matçlarını neytral meydanda keçirən Belarus yığması da beynəlxalq oyunlar keçirməməlidir.

Münaqişə davam etdiyi müddətdə heç bir Danimarka futbol komandası Rusiyaya qarşı oynamayacaq”. Turnirin formatından asılı olmayaraq, DBU Rusiya komandaları ilə yarışlarda iştirak etməyəcək. "Biz vurğulayırıq ki, Belarus da beynəlxalq futboldan kənarlaşdırılmalıdır, çünki o da münaqişəyə cəlb olunub", - Pedersen bildirib.

2022-ci ilin yazında FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alaraq, Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəliblər. Rusiya millisi Avro-2024-ü buraxdı və ruslara da DÇ-2026-nın seçmə turnirinin püşkatma mərasimində iştiraka icazə verilmədi.
Избранный
16
1
azadmedia.az

2Источники