Baş Prokurorluq Salyanda iki nəfərin dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, hadisə dekabrın 3-də Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.Bədbəxt hadisə nəticəsində ölənlərin Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğlu olduğu məlum olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта