RU

"Fənərbaxça" məğlub oldu - ilk oyunun nəticələri

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Manset.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib. Türkiyə "Fənərbaxça"sı İstanbulda "Reyncers"lə (Şotlandiya) qarşılaşıb və 1:3 hesabı ilə uduzub. "Tottenhem" "AZ Alkmaar"a, FCSB "Lion"a, "Ayaks" "Ayntraxt"a məğlub olub. "Mançester Yunayted" "Real Sosyedad"la ilə heç-heçə edib. "Latsio" 9 nəfərlə "Viktoriya"nı üstələyib. "Roma" "Atletik"ə, "Budo Qlimt" isə "Olimpiakos"a qalib gəlib.  Qeyd edək ki, bu komandalar arasında cavab matçları martın 13-də keçiriləcək. Avropa Liqası, 1/8 final, ilk oyunlar 21:45. "AZ Alkmaar" (Niderland) - "Tottenhem" (İngiltərə) - 1:0 Qol: Berqvall, 18-avtoqol 21:45. FCSB (Rumıniya) - "Lion" (Fransa) - 1:3 Qollar: Baluta, 68 - Taqlifiko, 30, Fofans, 86, 89 21:45. "Fənərbaxça" (Türkiyə) - "Reyncers" (Şotlandiya) - 1:3 Qollar: Djiku, 30 - Dessers, 7, Cerni, 42, 81 21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)  - 1:1 Qollar: Oyarzabal, 70-pen. - Zirkzee, 57 00:00. "Roma" (İtaliya) - "Atletik" (İspaniya) - 2:1 Qollar: Anjelino, 56, Şomurodov, 90+4 - Uilliams, 50 Qırmızı vərəqə: Alvarez, 86 ("Atletik") 00:00. "Ayaks" (Niderland) - "Ayntraxt" (Almaniya) - 1:2 Qollar: Brobbi, 10 - Larsson, 27, Şxiri, 70 00:00. "Budo Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan) - 3:0 Qollar: Tzolakis, 13-avtoqol, Haq, 45, 55 00:00. "Viktoriya" (Çexiya) - "Latsio" (İtaliya) - 1:2 Qollar: Durosinmi, 53 - Romaqnoli, 18, İsaksen, 90+8

Qırmızı vərəqələr: Gigo, 90+3, Rovella, 77 (hər ikisi "Latsio")

Избранный
36
3
manset.az

10Источники