“Mançester Yunayted” avrokuboklardakı məğlubiyyətsiz seriyasını davam etdirir.
İdman.biz xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsinin “Real Sosyedad”la ilk oyununda mövsümdəki seriyası 9-a çatıb.
İngiltərə klubu səfərdə 1:1 hesablı heç-heçə edib. Mançesterlilər mövsümün 9 avrokubok görüşündə 5 qələbə qazanıb və 4 heç-heçə edib.
Çempionlar Liqası və Avropa Liqasının 72 komandasından heç biri belə nəticəyə imza atmayıb. “Mançester Yunayted” iki turnirin iştirakçıları arasında uduzmayan yeganə komandadır.
İdman.biz