RU

Frenk Lempard: “Xosep Qvardiola kimi olmaq istəyirəm”

İngilis mütəxəssis, bu ölkənin “Koventri Siti” komandasının baş məşqçisi Frenk Lempard bənzəmək istədiyi mütəxəssisi açıqlayıb.

Arena.az Lemparıdın bu barədə fikrini təqdim edir:

“Hələ məşqçiliyə başlamazdan əvvəl, mən “Mançester Siti”də ikicə gün keçirmişdim. Orada Xosep Qvardiolanın oyunçularla məşq meydançasında necə qarşılıqlı fəaliyyət qurduğundan heyran olmuşdum. Mən məhz belə olmaq istəyirəm”, deyə Lempard vurğulayıb.

Xatırladaq ki, Frenk Lempard İngiltərə Çempionşipində çıxış edən “Koventri Siti”yə 2024-cü ilin noyabr ayında baş məşqçi təyin edilib. Onun bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

“Koventri Siti” İngiltərə Çempionşipinin 2024/2025-ci illər mövsümünün yarış cədvəlində 35 turdan sonra 53 xalla 7-ci pillədə qərarlaşıb. Lempardın komandası 15 qələbə qazandığı halda 8 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

“Koventri Siti”dən öncə “Çelsi”yə rəhbərlik etmiş Frenk Lempard, daha öncə “Everton” və “Derbi Kaunti”də də baş məşqçi kimi çalışıb.

Избранный
23
arena.az

1Источники