RU

Azərbaycanlı baş məşqçi həyacan keçirdi, gözünə qan sızdı - FOTO

«Kəpəz»in baş məşqçisi Azər Bağırovun səhhətində problem yaranıb.

Hadisə «Neftçi» ilə Tovuzda keçirilən matçın (1:0) son dəqiqələrində yaşanıb.

Premyer Liqanın 25-ci turu çərçivəsində baş tutan qarşılaşmanın həyacanı onun sağlıq durumuna mənfi təsir göstərib.

Gənc mütəxəssisin birdən-birə təzyiqi yüksəlib, nəticədə gözünə qan sızıb. Bu, oyunu izləmək üçün Tovuza yollanan Sportinfo.az-ın əməkdaşının nəzərindən yayınmayıb.

Ona həmin əsnada ilkin tibbi yardım göstərilib. Məlum olub ki, Bağırov görüşün axır bölümündə stress keçirib.

Bununla belə orcunu pozmaq istəməyib və ətrafdakı şəxsləri həyacanlandırmamaq üçün özünü birtəhər ələ alıb.

Hazırda vəziyyəti normaldır.

Избранный
23
sportinfo.az

1Источники