Bakıda şərab evinə bıçaqla hücum edilib.
"Unikal" xəbər verir ki, naməlum şəxs Nizami rayonu, Çobanzadə küçəsi 23-də yerləşən "Şərab Evi" mağazasına bıçaqla hücum edərək kassada olan Xudaverdi Məmmədzadəni hədələyib. Bıçaqlı şəxs kassadan 1000 manat pulu götürərək oradan uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanılıb.