UFC 313 turnirinə həsr olunan tədbir keçirilib.
İdman.biz xəbər verir ki, mərasim ABŞ-ın Las-Veqas şəhərində təşkil olunub.
Azərbaycan idmançısı Rafael Fiziyev və ABŞ-dan olan rəqibi Castin Qetji də tədbirə qatılıblar. Onlar üz-üzə mərasimində qarşı-qarşıya gəliblər.
Qeyd edək ki, UFC 313 martın 8-dən 9-na keçən gecə baş tutacaq. Fiziyev 2023-cü ildə uduzduğu rəqibindən revanş almağa çalışacaq.
İdman.biz