Bakı, TurkicWorld
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,56 ABŞ dolları və ya 0,78% artaraq 71,96 dollar/barel təşkil edib.
Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,59 dollar və ya 0,84% bahalaşaraq 70,71 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,47 dollar və ya 0,86% artaraq 54,94 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,48 dollar və ya 0,68% bahalaşaraq 70,31 dollar/barel təşkil edib.
Martın 7-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.