“Tayvan keçmişdə heç vaxt ölkə olmayıb və gələcəkdə də olmayacaq”.
Ulusal.az xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van İ martın 7-də Pekində keçirdiyi mətbuat konfransında deyib.
Çin XİN rəhbəri BMT sənədlərində Tayvan bölgəsi haqqında qeydlərdə yalnız “Tayvan, Çinin əyaləti” kimi qeyd olunduğunu yada salıb.
Çin rəsmisi bölgə ölkələri ilə münasibətlərə dair suala cavabında isə bildirib ki, rəsmi Pekin ABŞ-ın Asiyada ortamənzilli raketlərin yerləşdirməsinə qətiyyətlə qarşı çıxır. ABŞ-ın ortamənzilli raket sisteminin yerləşdirilməsi bölgə ölkələri tərəfindən xoş qarşılanmır.
“Asiya Çinin öz evi hesab etdiyi və gələcəyini qurduğu yerdir. O, həm də digər Asiya ölkələri üçün ortaq bir evdir. Bu günkü Çin sabitliyin dayağı, iqtisadi inkişafın mühərriki və Asiyada regional təhlükəsizliyin sütunudur”, – deyə Van İ əlavə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта