Bakıda marşrut avtobusu maneəyə çırpılıb.
Bu barədə “Report”a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, 10 HG-753 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus yol kənarında parklanma vəziyyətində olarkən anidən hərəkət edib və yolun kənarında maneəyə çırpılıb.
T. Nəsirlinin sözlərinə görə, faktla bağlı araşdırılma aparılır.