RU

Zaxarova: Rusiya konkret addımlara baxacaq...

Mariya Zaxarova Rusiya ilə ABŞ arasında münasibətlərin bərpa olunma ehtimalını dəyərləndirib...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ ilə münasibətlərin yenidən qurulması ehtimalını şərh edərkən deyib ki, Moskva bu məsələdə Vaşinqtonun konkret addımlarına diqqət yetirəcək.

Poliqon xəbər verir ki, bu Rusiya XİN-nin mətbuat katibi bu barədə “RİA Novosti” Agentliyinə danışıb.

“Biz vəziyyətə reallıqdan baxmalıyıq və nə etdiyimizi bilməliyik”, deyə Rusiya XİN rəsmisi vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, təmaslar mövcuddur və yeni görüşlər hazırlanır.


“Belə bir anlayış var ki, bu münasibətləri bərpa etmək lazımdır. Bundan sonra biz bu istiqamətdə konkret hərəkətlərə və addımlara diqqət yetirəcəyik”, deyə Zaxarova bildirib.

Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rbildirib ki, bundan sonra eskalasiya daha davam edə bilməz. ABŞ rəsmisinı görə, bu, əlverişli strategiya deyil.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники