Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.
Msport.az xəbər verir ki, “Liverpul”un qapıçısı Alisson Beker bu ada layiq görülüb.
Braziliya millisinin üzvü 1/8 final mərhələsində PSJ ilə oyundakı performansına görə hamıdan çox səs toplayıb. O, komandasının 1:0 hesablı qələbəsinə 9 qurtarışla töhfə verib.
Qeyd edək ki, mükafata Rodriqo (“Real”), Martin Edeqor (“Arsenal”) və Harri Keyn (“Bavariya”) də namizəd idi.