Bakı. Trend:
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotikvasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini,əvvəllər də məhkum olunmuş Ramin Şıxəliyev saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, adıçəkilən şəxsdən1 kiloqrama yaxın heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Şıxəliyev barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
Bundan əlavə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvilverilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsindəbir nəfər rayon sakini tapdığı 1 ədəd avtomat, 1 ədəd daraq və 29ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.