RU

Qaxda çay sahilindən avtomat aşkarlanıb

Qax, 7 mart, AZƏRTAC

Qax rayonunda çay sahilindən odlu silah tapılması barədə polisə məlumat daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah müvafiq ekspertizaya göndərilib.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

 

Избранный
30
9
azertag.az

10Источники