RU

Yasamalda Qadınlar Günü qeyd edildi - Fotolar

Yasamal Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik ili çərçivəsində” 8 Mart -Beynəlxalq Qadınlar Gününə həsr olunan rayon toplantısı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal rayonunda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan qadınlar, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal RİH başçısı Aparatının qadın əməkdaşları, eləcə də qəhrəman şəhidlərimizin anaları, həyat yoldaşları və qız övladlarının iştirak edib.

Yasamal RİH başçısının müavini Təravət Muradova bildirib ki, ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı:

“Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir”.

Yasamal RİH başçısı Elşad Həsənov xanımları təbrik edərək onlara cansağlığı, səadət və işlərində uğurlar arzulayıb.

RİH başçısı bildirib ki, əsrlər boyu biz Ana Vətən demişik, çünki bizdə Vətən hər zaman ana ilə təcəssüm olunub. Biz, həmçinin Ana dili deyirik, çünki bu dili qoruyub inkişaf etdirən və nəsildən nəsilə ötürən xanımlar olub. Torpaqlarımızı düşməndən qoruyan oğulları da xanımlar dünyaya gətirir. İcra başçısı torpaqlarımızın işğaldan azad edilməsi zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsinin ehtiramla yad etdiyini, şəhid analarına və xanımlarına, layiqli oğullar böyüdən əsgər analarına xoş arzularını çatdırdı.

E.Həsənov qeyd edib ki, bu gün Azərbaycan qadını ən xoş sözlərə layiqdir: “Çünki onlar həm evdə, həm işdə hər bir işi mükəmməl görərək daha üstün nəticələr əldə edirlər. Müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar. Bu mənada Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva hər bir Azərbaycan qadını üçün bir nümunədir. O, həm ana, həm də cənab Prezidentin ömür-gün yoldaşı kimi hər xanım üçün gözəl bir örnəkdir”.

Sonda tədbirdə iştirak edən bütün qadınlara hədiyyələr və gül dəstələri təqdim olundu, xatirə şəkli çəkilib.







Избранный
70
3
qafqazinfo.az

4Источники