RU

“Baku Steel Company” məhkəməyə verildi

“Baku Steel Company” işdən çıxarılan əməkdaşı tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, şirkətlə bağlı iddianı qaldıran şəxsin ad və soyadı açıqlanmır. İşin mahiyyəti əmək mübahisəsidir. İdiaçı işə bərpasını, əmək haqqını tələb edir. Həmçinin keçmiş əməkdaş “Bahu Steel Company”nin ona vurduğu mənəvi zərəri də ödəməsini tələb edir.

“Baku Steel Company” ilə bağlı işə Nərimanov rayon Məhkəməsində 11 mart tarixində baxılacaq. İş hakim Səbinə Nuriyevanın icraatındadır.

Qeyd edək ki, “Baku Steel Company” QSC Qafqaz regionunda yaradılmış ilk müasir tipli poladəritmə müəssisəsidir. Zavod rəsmi olaraq 2001-ci ildən fəaliyyətə başlayıb. Şirkətin hazırda Baş Direktoru Kamal İbrahimovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən

Избранный
7
1
tribunainfo.az

2Источники