RU

Azərbaycanın daha bir boksçusu Monteneqrodakı turnirdə yarımfinala yüksəlib

Bakı, 7 mart, AZƏRTAC

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, görüşlərin nəticəsinə əsasən, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.

Zidan Hümbətov (54 kiloqram) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib. O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq. Boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Qeyd edək ki, “Adriatik incisi”ndə Azərbaycanın daha 3 boksçusu yarımfinalda mübarizə aparacaq. Banuçiçək Nəsirli (48 kiloqram) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kiloqram) Akbota Yessimbekova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kiloqram) Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.

Избранный
19
9
azertag.az

10Источники