RU

ABŞ-nin ticarət kəsiri rekord həddə çatıb

Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin ticarət kəsiri yanvar ayında kəskin şəkildə genişlənib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

“Çox güman ki, tariflər tətbiq edilməzdən əvvəl müəssisələrin idxalı artırması, potensial olaraq birinci rübdə iqtisadi artıma mane ola bilər”, deyə Agentlik ABŞ-nin Ticarət Departamenti məlumatına istinadən yazır.

ABŞ-nin Ticarət Departamenti məlumatına yanvarda ticarət kəsiri 25,6% artaraq rekord həddə - 153,3 milyard dollara çatıb.

“Axios” portalı isə yazır ki, bu, bir ay əvvəl müəyyən edilmiş 122 milyard dollarlıq ticarəti kəsiri üçün əvvəlki rekordu qırıb.

ABŞ-də yanvarda əmtəə ixracı 172 milyard dollar təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 3,3 milyard dollar çoxdur.

Malların idxalı isə dekabrla müqayisədə 35 milyard dollar (və ya təxminən 12%) artaraq 325 milyard dollar təşkil edib.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники