RU

İran Astarasındakı terminallarımızda son tikinti işləri ilin sonunda bitəcək - ADY

Bakı. Trend:

Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq NəqliyyatDəhlizi ölkəmiz üçün çox əhəmiyyətlidir.

Trend xəbərverir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrininmüşaviri Emil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan və İran Astarasında ADY tərəfindənqurulmuş və istifadəyə verilmiş terminallar vasitəsiylə yük bazasıildən-ilə artır.

"İran İslam Respublikasında yerləşən terminallarımızda sontikinti işləri bu ilin sonunda tam bitəcək. Beləliklə terminalınötürücülük qabiliyyəti 4 milyon tona qədər artırılacaq. Bu bizəŞimal-Cənub istiqamətində Avropadan, Rusiyadan və cənubistiqamətindən yük bazasını cəlb etməyə imkan verəcək", - deyə oqeyd edib.

Qeyd edək ki, terminal İranın Astara şəhərində 35 ha ərazidə,Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADYtərəfindən aparılan terminalın ərazisi 25 il müddətinə Azərbaycanaicarəyə verilib.

Избранный
14
1
az.trend.az

2Источники