RU

Zelenskinin fikrində nə var?

Macarıstanın baş naziri Viktor Orban Brüsseldə keçirilən Aİ sammiti ilə bağlı bəzi açıqlamalar verib.

Publika.az xəbər verir ki, Orban fövqəladə sammitdə bir araya gələn Avropa İttifaqı (Aİ) liderlərinin cəbhədəki vəziyyətlə bağlı məlumat almaq üçün Zelenskiyə suallar verdiyini açıqlayıb.

“Zelenskini dinlədik və sonra son vəziyyəti, onun düşüncələrini və gələcəyə dair gözləntilərini anlamağa çalışmaq üçün bəzi suallar verdik ”, - deyə Orban Aİ sammiti ilə bağlı sosial mediada paylaşdığı videoda bildirib.

Zirvədən sonra verdiyi açıqlamada Orban təcrid olunanın Macarıstan deyil, ABŞ, Çin və Rusiyadan uzaqlaşan Aİ-nin özünün olduğunu deyib və əlavə edib:

“Məncə, bu vəziyyət daha çox Aİ-nin özü ilə bağlıdır. Özünü ABŞ-dan, ticarət müharibəsinə görə Çindən və sanksiyalara görə Rusiyadan təcrid edən Aİ-dir. Macarıstan heç də təcrid olunmuş vəziyyətdə deyil”.

Избранный
11
publika.az

1Источники