RU

Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq

Bakı. Trend:

8 mart saat 09:00-dan 9 mart saat 23:00-dək Bakı şəhəri, HeydərƏliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindəaparılacaq təmir işləri ilə əlaqədar olaraq, Heydər Əliyevprospektində (əsas yolda, hər iki istiqamətdə) nəqliyyatvasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışlayanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkəndiqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yolnişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayətetmələri xahiş olunur.

Избранный
7
34
az.trend.az

10Источники