RU

Meloni NATO-nun 5-ci maddəsini Alyansa üzv olmayan Ukraynaya şamil etməyi təklif edib

İtaliyanın baş naziri Corca Meloni NATO-nun 5-ci maddəsinin ölkənin hərbi alyansa üzvlüyü olmadan Ukraynaya şamil edilməsini təklif edir. Bu barədə “Financial Times” yazır.

Meloninin fikrincə, bu, atəşkəsi qorumaq üçün qoşunların yeridilməsi ilə müqayisədə “sabit, davamlı və effektiv təhlükəsizliyin təminatı” olacaq.

"NATO ölkələrinin eyni əhatə dairəsini Ukraynaya da genişləndirmək, əlbəttə ki, daha təsirli olardı, baxmayaraq ki, bu, NATO üzvlüyündən fərqli bir şey olardı. Hesab edirəm ki, bu, gördüyüm bəzi təkliflərdən daha çox sabit, uzunmüddətli və effektiv təhlükəsizlik zəmanəti olardı".

Qeyd edək ki, NATO-nun 5-ci maddəsində Alyansa üzv olan ölkələrdən birinə silahlı hücumun bütün üzvlərə hücum kimi qiymətləndirilməsi nəzərdə tutulur. NATO hücuma məruz qalan müttəfiqə kömək etmək üçün lazım bildiyi hər cür addımı atacaq.

Almaz Həsənli

Избранный
13
oxumeni.az

1Источники