RU

Danimarka Norveçdən NSM gəmi əleyhinə raket kompleksləri alır

Norveçin “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkəti Danimarka Silahlı Qüvvələrinə “Naval Strike Missile” (NSM) gəmi əleyhinə raket kompleksləri tədarük edəcək.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 2,1 milyard NOK (193 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Bildirilib ki, alınan NSM kompleksləri və müvafiq avadanlıqlar Danimarka Hərbi Dəniz Qüvvələrinin “Iver Huitfeldt” sinifli freqatları tərəfindən istifadə olunacaq.

Избранный
40
poliqon.az

1Источники